7 C
Baku
Thursday, December 12, 2024

DSMF-nin gəlirlərinin artımı iki mənbə üzrə proqnozlaşdırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin artımı iki mənbə üzrə proqnozlaşdırılır.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, birinci mənbə məcburi dövlət sosial sığorta haqları üzrə 213.5 milyon manat, ikincisi isə dövlət büdcəsindən ayrılan 86 milyon manat vəsait hesabınadır.

“Fondun xərclərində proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaqdır ki, bu da ilkin təsnif edilən məbləğdən 298.2 milyon manat və yaxud 5.8 faiz çox olacaq”, – deyə M.Quliyev bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər