7 C
Baku
Tuesday, December 3, 2024

DSMF-nin investisiya qoyuluşu 1 milyard manatı keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bu ilin əvvəlinə formalaşmış sərbəst vəsaitinin 1 milyard 50 milyon manatı investisiyaya yönəldilib.

Bu barədə DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi üzrə İnvestisiya Şurasının keçirdiyi növbəti iclasda bildirilib.

Bildirilib ki, Fondun sərbəst vəsaiti (DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir. Bu da qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasına xidmət edir. İnvestisiya fəaliyyətindən əldə olunan gəlirlərin isə sosial müdafiə ilə bağlı islahatlar, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması və s. istiqamətlərdə sərf olunması nəzərdə tutulur.

İclasda həmçinin “Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə dair 2024-cü il üzrə İnvestisiya Siyasəti” sənədi təsdiq edilib, 2024-cü ildə bu sahədə görüləcək işlər müzakirə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər