18 C
Baku
Wednesday, April 24, 2024

Dubayda şənliklərə qadağa qoyuldu

Dubay əmirliyinin Turizm Departamenti ötən gün hotel və restoranlarda müxtəlif şənliklərin keçirilməsinin dayandırıldığını açıqlayıb.

Əvvəlki gün xəstəxanalara COVID-19 xəstələrinin axını üzündən təcili olmayan əməliyyatların bir ay müddətinə dayandırılması barədə qərar verilmişdi.

Dubay son vaxtlar koronavirusla bağlı lokdaunlardan qaçıb rahatlıq axtaran turistlər üçün cəzibə mərkəzi halına gəlib. Odur ki, burada müxtəlif kütləvi şənliklərin keçirilməsi geniş vüsət almışdı. Lakin Turizm Departamenti bu əyləncə məclislərində bir çox pozuntuların üzə çıxdığını açıqlanıb. Belə ki, son həftələr ərzində koronavirusla bağlı qaydaların 200-dən artıq pozuntusu üzə çıxarılmış 20 müəssisə bağlanıb. Nəticədə “ictimai sağlamlıq və təhlükəsizlik naminə” restoran, bar, sahil klubu kimi məkanlarda canlı konsertlərin keçirilməsi dayandırılıb. Eyni zamanda 200-dək iştirakçısı olan özəl tədbirlər və toy məclisləri adi qaydada keçirilə bilər.

Qeyd edək ki, 10 gündür yoluxma rekordlarının yeniləndiyi Birləşmiş Ərəb Əmirliklərində ötən gün koronavirusa 3.529 yoluxma qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər