7 C
Baku
Sunday, December 15, 2024

Dumanlı hava şəraiti bu vaxtadək davam edəcək

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik  şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Bəzi bölgələrdə, o cümlədən Bakıda  və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb”.

G.Məmmədovanın sözlərinə görə,  gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb.

“Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

Son xəbərlər
Digər xəbərlər