Dünya Bankı (DB) 2021-2022-ci illər üçün orta neft qiymətləri üzrə proqnoz göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
2021 və 2022-ci illərdə qiymətlərin müvafiq olaraq bir barel üçün 56 və 60 dollar təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2016-2019-cu illər üçün orta qiymətə yaxındır.
Dünya Bankının əvvəlki proqnozunda neftin qiyməti 2021-ci il üçün 44 dollar, 2022-ci il üçün isə 50 dollar səviyyəsində təyin olunmuşdu.
DB iqtisadçıları hesab edirlər ki, vaksinasiya miqyasının genişlənməsi neftə tələbatın tədricən artmasına kömək edəcək. Bu tələbi OPEC+ sazişi çərçivəsində hasilatın artması qarşılayacaq.