2 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı AMB-nin manatın likvidliyini azaltmaq üçün atdığı addımı açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın likvidliyini azaltmaq üçün not emissiyasını 23% artırıb.

Bu barədə Dünya Bankının (DB) Azərbaycanla bağlı “Monthly Economic Update” hesabatının iyul sayında bildirilib.

Məlumata görə, AMB xarici sektorun əlverişli statistikasını nəzərə alaraq uçot dərəcəsi ilə bağlı siyasətini dəyişməyib. Belə ki, Bank artan inflyasiyanın fonunda faiz dərəcəsini 7.75 % səviyyəsində saxlayıb.

“Bu ilin birinci rübündə cari əməliyyatlar balansında ÜDM-in profisitinin 22.5% olması AMB-nin uçot dərəcəsini sabit saxlamasına təsir göstərib”, -deyə Dünya Bankında əlavə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər