3 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı Azərbaycana $4 mlrd.-dan çox dövlət zəmanətli kredit ayırıb

Dünya Bankı tərəfindən Azərbaycana 49 başa çatmış və 3 icrada olan, ümumi sayı 52 layihə üzrə ümumi məbləği 4 milyard ABŞ dollarından çox olan dövlət zəmanətli kredit, 115-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələrinə təxminən 30 milyon ABŞ dollarından artıq vəsait ayrılıb.

Bunu iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.

Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanın müstəqillik illərində ölkədə aparılan islahatlarda uğurlu tərəfdaşlarından biri olub.

R.Nəcəfli bildirib ki, Bankın maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ətraf mühit, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər