-1 C
Baku
Sunday, December 15, 2024

Dünya Bankı Azərbaycanda təhsil sektorunun yaxşılaşdırılması üzrə birgə işlər aparır

Dünya Bankı bu gün Azərbaycanda təhsil sektorunun və onun maliyyələşdirilməsinin yaxşılaşdırılması istiqamətində elm və təhsil və maliyyə nazirlikləri, parlament, elmi dairələr və s. ilə birgə işlər aparır.

Bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl “Təhsil sektorunda OMXÇ-in tətbiqi və nəticə əsaslı büdcə mexanizminə keçid” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O, qeyd edib ki, Azərbaycan dövlət maliyyə idarəçiliyinin dörd istiqaməti üzrə paralel işlərə yönəlmiş Ortamüddətli Xərclər Çərçivəsi proqramının bir hissəsidir.

Onun sözlərinə görə, ölkədə təhsilin nəticəyönümlü maliyyələşdirilməsi mexanizmi mövcuddur və bu da çox mühüm nailiyyətdir: “Biz Dünya Bankı olaraq Azərbaycanın tək olmadığı bu prosesin bir hissəsi olmaqdan qürur duyuruq”.

S.Maykl vurğulayıb ki, postpandemiya dövründə təhsil sektoru xüsusilə vacibdir, çünki bir çox tələbə itirilmiş imkanları bərpa etməli olur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər