13 C
Baku
Saturday, April 27, 2024

Dünya Bankı cənubi və şərqi Afrika ölkələrinə 245 milyon dollar yardım ayırıb

Bu gün Dünya Bankı Afrikanın cənub və şərq hissələrindəki ölkələrdə infrastruktur obyektləri tikintisinin dəstəklənməsi üçün 245 milyon dollar maliyyə ayrılması qərarını təsdiq edib. Bu, Dünya Bankının Afrika qitəsində bu qəbildən olan ilk təşəbbüsüdür.

İnfrastrukturun maliyyələşdirilməsinə dair regional layihə enerji, nəqliyyat, logistika və sosial sahələrdə fəaliyyət göstərən özəl şirkətlər üçün uzunmüddətli maliyyələşdirmənin genişləndirilməsinə yönəlib.

Dünya Bankının Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində regional inteqrasiya üzrə direktoru Debora Vetselin sözlərinə görə, bu vəsait quraqlıq ucbatından elektrik enerjisinin çatışmazlığını, həmçinin enerjinin ötürülməsi və paylanması zamanı yaranan ümumi itkiləri aradan qaldırmağa kömək edəcək.

Sözügedən vəsait regionda maliyyə çatışmazlığını aradan qaldırmağa və özəl sektorda əlavə 975 milyon dolların səfərbər edilməsinə yönəldiləcək.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər