9 C
Baku
Friday, December 13, 2024

Dünya Bankı: Manat təzyiq altında qalacaq

Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bir sıra addımlar atmalıdır.

Bu barədə Dünya Bankının (DB) “Global Economic Prospects” adlı hesabatında deyilir.

Hesabat müəllifləri bildirir ki, dünya bazarında neftin qiymətinin aşağı olması hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir.

“Hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bir sıra addımlar atmalıdır. Milli valyutaya təzyiqlərin davam etməsi, problemli kreditlərin artması, inflyasiyanın yüksək templəri neft ixracı ilə məşğul olan ölkələri pul-kredit siyasətlərini sərtləşdirməyə vadar etdi. Söhbət Rusiya, Azərbaycan və Qazaxıstandan gedir. Hələ bir müddət bu ölkələrin ehtiyatları azalacaq, milli valyutaları təzyiq altında qalacaq”, – deyə hesabatda qeyd edilib.

APA

 

Son xəbərlər
Digər xəbərlər