23 C
Baku
Thursday, April 25, 2024

Dünya Bankı Ukraynaya $1.5 mlrd. yardım ayırır

Dünya Bankı Ukraynaya dəstək məqsədilə 1.5 milyard dollar yardım paketi hazırlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının rəhbəri Devid Melpas məlumat verib.

“Biz Ukraynaya tədarük edən şirkətləri dövriyyə kapitalı ilə təmin etdik. Bu gün mən böyük məmnuniyyətlə elan edirəm ki, Dünya Bankı müharibə zamanı dəstək məqsədilə Ukraynaya 1.5 milyard dollar yardım paketi hazırlayır. Buna ABŞ hökuməti kömək edib. Dünya Bankı 1944-cü ildə Avropaya İkinci Dünya Müharibəsindən çıxmağa kömək etmək üçün yaradılıb. O vaxt etdiyimiz kimi, bu gün də kömək etməyə hazırıq”, – deyə Melpas söyləyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər