6 C
Baku
Sunday, December 15, 2024

Dünya bazarına indiyədək 628 mln. ton Azərbaycan nefti ixrac edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 553 mln. ton neft hasil edilib.

Banker.az xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 325 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Xoşbəxt Yusifzadə onu da qeyd edib ki, bu ilin 1 may tarixinədək 628 mln. ton Azərbaycan nefti ixrac edilib.

“İxrac edilmiş neftin 458 mln. tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb”, – Xoşbəxt Yusifzadə vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər