2 C
Baku
Sunday, December 15, 2024

Dünya milyarderlərinin sərvəti artıb

İlin əvvəlindən başlayaraq planetin ən varlı insanları 5,7% (və yaxud 237 milyard dollar) daha varlı olublar. Bloomberg Billionaires Index məlumatlarına əsasən, hazırda onların sərvəti 4,4 trilyon dollara çatır.

Dünya milyarderləri dünyadakaı siyasi və iqtisadi qeyri-sabitlikdən uduşlu olaraq ayrılıblar. Həmçinin, ABŞ və Avropa siyasi arenasında populistlərin dominantlığı onların bank hesablarının zənginləşməsinə xidmət edib.

Milyarderlərə sərf edən ən əsas qeyri-sabitlik isə Brexit ilə bağlı referendumun keçirilməsi və ABŞ-da keçirilən prezident seçkilərində Donald Trumpın qalib gəlməsi oldu.

Ən çox kapital artımı yaşayan isə Warren Buffetdir. O, bu il ərzində 11,8 milyard dollar qazanıb. Donald Trump prezident seçildikdən sonra Buffetin investisiya şirkəti olan Berkshire Hathaway Inc.-in aktivlərinin dəyəri artım yaşadı.

Son xəbərlər
Digər xəbərlər