19 C
Baku
Sunday, May 5, 2024

Dünyada ərzağın qiyməti artıb

Dünya bazarında şəkər, ət və düyü kimi əsas ərzaq məhsullarının qiymətləri artıb. Bu, son bir il ərzində ilkdir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  yaydığı ərzaq qiymətləri indeksində qeyd olunub.

İndeks əsas ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri əks etdirir. Ötən ay göstərici 127,2 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,6% çoxdur. FAO-nun məlumatına görə, indeks 2022-ci ilin aprel ayı səviyyəsindən 19,7% aşağıdır, lakin 2021-ci ilin aprel ayı ilə müqayisədə 5,2% yüksəkdir.

Məlumata görə, şəkərin qiyməti pis hava şəraiti və gübrə istehlakının azalması fonunda nəzərəçarpacaq dərəcədə bahalaşıb, taxıl və süd məhsulları isə ucuzlaşıb.  Agentliyin məlumatına görə, aprel ayında qeydə alınan artım Keniya, Almaniya, Avstraliya və digər ölkələrdə ərzaq inflyasiyası ilə bağlı narahatlıq yarada bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər