33 C
Baku
Wednesday, July 17, 2024

Dünyada COVID-19-a yoluxma hallarının sayı 513.4 milyonu ötüb

Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 513 milyon 483 min 223-ə çatıb.

Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19-un yayılmasından indiyədək 6 milyon 235 min 415 nəfər dünyasını dəyişib.

Pandemiya ərzində həmçinin koronavirusa qarşı 11 milyard 357 milyon 323 min 466 peyvənd edilib.

Virusa iyirmi milyondan çox yoluxma olan ölkələr sırasına ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya daxildir.

Dünyada baş verən ən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış “Worldometers” portalının məlumatına görə, bazar günü səhər planetin hər 1 milyon nəfərinə düşən ölüm göstəricisi 803,2 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 min 51, Hindistanda 373, Braziliyada 3 min 82, Fransada 2 min 227, Almaniyada 1 min 613, Böyük Britaniyada 2 min 552 nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər