-1 C
Baku
Sunday, December 15, 2024

Dünyada istifadə olunan elektromobillərin yarıdan çoxu Çindədir

Dünyadakı bütün elektrik mühərrikli və hibrid avtomobillərin yarısından çoxu Çində istismar olunur.

Bu barədə DPA agentliyi ZSW Ştutqart Tədqiqat İnstitutunun məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunur ki, bu ilin əvvəlində Çində 14.6 milyon elektrik nəqliyyat vasitəsi istifadə olunub. Dünyada 27.7 milyon ədəd elektromobilin olduğunu nəzərə alsaq, Çindəki elektromobillər dünya elektromobil sayının 53 faizini təşkil edir.

Elektromobil bazarında ikinci yerdə ABŞ dayanır. Orada 3.4 milyon elektromobil qeydiyyata alınıb. Üçüncü yerdə isə Almaniyadır. Orada 1.9 milyon elektromobil var. Dördüncü və beşinci yerlərdə Fransa (1.1 milyon elektromobil) və İngiltərədir (1 milyon elektromobil).

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər