5 C
Baku
Saturday, December 14, 2024

Dünyada koronavirusa yoluxanların sayı 315 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 315 milyonu ötüb, ölənlərin sayı isə 5.51 milyona çatıb.

Banker.az xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Qeyd olunur ki, cümə axşamı Bakı vaxtı ilə saat 19:19-a olan məlumata görə, ÜST 315 345 967 nəfərin yoluxduğu, 5 510 174 nəfərin öldüyü barədə açıqlama verib.

Təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 62.1 milyondan çox. Bu göstərici üzrə ikinci yerdə Hindistan (35.3 milyon), üçüncü yerdə isə Braziliya (22.6 milyon) dayanır. Ölənlərin sayına görə də ABŞ liderlik edir – 836 482, Braziliya ikinci (620 238), Hindistan isə üçüncüdür (485 035).

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yeni xəstələnmə rekordunun qeydə alındığını açıqlamışdı. Təkcə bildirilən halların gündəlik nisbəti 3,4 milyona yüksəldi – ən çox ABŞ, Böyük Britaniya və Fransada. Təşkilat hesab edir ki, dünya əhalisinin əksəriyyəti tezliklə “omikron” xəstəliyinə tutulacaq.

Son xəbərlər
Digər xəbərlər