2019-cu ildə dünyadakı milyarderlərin sayı və onların birgə sərvəti rekord səviyyəyə çatıb.
Banker.az xəbər verir ki, bu barədə “Wealth-X”in hesabatında deyilir.
Tədqiqata görə, 2019-cu ildə dünyada 2825 milyarder olub ki, bu da bir il əvvəlkindən 221 və ya 8,5% çoxdur. Onların ümümi sərvəti il ərzində 10,3% artaraq 9,4 trilyon dollara çatıb.
Mütəxəssislərin sözlərinə görə, 2019-cu ildə milyarderlərin sayına görə ölkələrin sıralanması belədir:
1. ABŞ – 788 milyarder;
2. Çin – 342 nəfər;
3. Almaniya – 153 milyarder;
4. Rusiya – 114 nəfər;
Eyni zamanda, ilk beşliyə İsveçrə və Böyük Britaniya daxil olub – bu ölkələrin hər birində 100 milyarder yaşayır
Honkonq, Hindistan, Səudiyyə Ərəbistanı, Fransa, İtaliya, Braziliya, BƏƏ, Kanada və Sinqapurda dünya milyarderlərinin 3/4 hissəsi yaşayır.
Şəhərlərə gəldikdə, milyarderlərin sayına görə birinci yerdə Nyu-York (113), ikinci və üçüncü yerlərdə isə Honkonq və San-Fransısko dayanır (96 və 77).