3 C
Baku
Saturday, December 14, 2024

Dünyanın “ən bahalı pərakəndə brendi” elan edildi

Elektron ticarət sahəsində nəhəng şirkət olan Amazon şirkəti dünyanın ən bahalı pərakəndə brendi elan edilib.

“2016-2017-ci illər üzrə dünyanın ən bahalı TOP-25 brendi” reytinqinə əsasən, Amazon şirkəti 98,98 milyard dollar olaraq qiymətləndirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 59% çoxdur.

Dünyanın ikinci ən bahalı brendi isə – Çinin e-commerce sahəsində fəaliyyət göstərən Alibaba şirkətidir. Şirkət 49,29 milyard dollar olaraq qiymətləndirilib və bu keçən ilki nəticələrdən 26% azdır. Onun ardınca isə Home Depot (36,44 milyard dollar, +32%), Walmart (27,27 milyard dollar, -23%) və IKEA (18,08 milyard dollar, +6%).

Reytinqə daxil olan bütün 25 şirkətin ümumi dəyəri keçən il qeydə alınan göstəricilər ilə müqayisədə 7% artıb. Reytinq təşkilatçıları qeyd edirlər ki, TOP-10-a 3 rəqəmsal brend ilk növbədə daxil olub: Amazon, Alibaba və eBay. Qeyd edək ki, eBay şirkəti 11,51 milyard dollar dəyərində qiymətləndirilib.

Reytinqə daxil olan digər brendlər isə bunlardır: Costco Wholesale, Lowe’s, Aldi, CVS Pharmacy, JD.com, Walgreens, 7 Eleven, Target, Tesco, Kroger, Carrefour, Woolworths, Lidl, Macy’s, Whole Foods, Nordstrom, Auchan, M&S və Sam’s Club.

Amazon şirkətinin gəliri 2016-cı ilin III rübündə gözləntilərdən daha aşağı olsa da, hesabatda şirkətin geocoğrafi genişlənməyə və yeni məhsul kateqoriyaları ilə ticarətə can atdığı qeyd edilib.

 

Son xəbərlər
Digər xəbərlər