Dünyanın ən bahalı şəhərləri açıqlanıb – Siyahıda Bakı da var

“Numbeo” xidməti dünyanın ən bahalı şəhərlərinin reytinqini yeniləyib, Banker.az bu barədə Kapital.kz saytına istinadən xəbər verir. Beləliklə, 2024-cü ilin ən bahalı on şəhəri aşağıdakılardır:

  1. Hamilton (Bermud adaları)
  2. Sürix (İsveçrə)
  3. Bazel (İsveçrə)
  4. Lozanna (İsveçrə)
  5. San-Xose (ABŞ)
  6. Cenevrə (İsveçrə)
  7. San-Fransisko (ABŞ)
  8. Bern (İsveçrə)
  9. Vaşinqton (ABŞ)
  10. Nyu-York (ABŞ)

Almatı MDB ölkələri arasında 270-ci yeri tutub, Moskva iki pillə yüksəkdə yer alıb.  Gürcüstanın Batumi şəhəri 276-cı yerə layiq görülüb. Bakı 291-ci, Kiyev 300-cü, Daşkənd 330-cu, Bişkek 332-ci yeri tutub. Reytinqdə sonuncu yerdə Pakistan şəhərləri İslamabad, Lahor və Kəraçi qərarlaşıb.