21 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən bahalı şəhərləri hansılardır?

Bu xəritədə dünyanın müştəlif şəhərlərində həyat şəraitinin necə olduğu göstərilmişdir: ən bahalı şəhərlər qırmızı, ucuz şəhərlər isə yaşıl rənglə göstərilmişdir.

Bu il ən bahalı şəhər London oldu. Burada mebelli iki otaqlı mənzilin kirayə haqqı 4250 dollara bərabərdir. Bununla yanaşı, nəqliyyatın bütün növlərində gediş bileti 215 dollar, bərbərdə adi saçı vurdurmaq 28 dollardır.

Dünyanın ən bahalı şəhərləri nin ilk beşliyinə həmçinin Oslo, Cenevrə, Zürih və Nyu-York daxildir.

Mənzil, geyim, nəqliyyat, tibbi xidmət və qida məhsullarının cari dəyəri əsasında qiymət indeksi hesablanmışdır. Beləliklə, dünyanın ən bahalı 20 şəhərinə aşağıdakı şəhərlər daxildir:

  1. London, Böyük Britaniya(280)
  2. Oslo, Norveç (267)
  3. Cenevrə, İsveçrə (259)
  4. Zürih, İsveçrə (256)
  5. Nyu-York, ABŞ (237)
  6. Lozanna, İsveçrə (233)
  7. Sinqapur, Sinqapur (228)
  8. Paris, Fransa (219)
  9. San-Fransisko, ABŞ (218)
  10. Kopenhagen, Danimarka (217)
  11. Sidney, Avstraliya (215)
  12. Honq Konq, Çin (214)
  13. Brisben, Avstraliya (208)
  14. Haaqa, Hollandiya (204)
  15. Stokholm, İsveç (204)
  16. Honolulu, ABŞ (199)
  17. Amsterdam, Hollandiya (199)
  18. Melburn, Avstraliya (198)
  19. Тokio, Yaponiya (198)
  20. Vaşinqton, ABŞ (197).
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər