15 C
Baku
Friday, April 26, 2024

Dünyanın ən bahalı universitetləri

Təhsil haqqı üzrə ən bahalı universitetlər reytinqində ilk yeri nə Massaçusets texnoloji universiteti, nə Harvad, nə də Yel universitetləri tutmur. 

Çİkaqo unİversİtetİ, $57711

109956.640x320

Bu universitet 1890-cu ildə Baptist təhsil cəmiyyəti tərəfindən təsis olunmuşdu.

Universitetə ilk ən böyük ianə 1891-ci ildə Con Rokfeller tərəfindən olunmuşdu.

Universitetin laboratoriyasında ilk dəfə özünü təmin edən nüvə reaksiyası keçirilmişdir.

Ali təhsil müəssisəsinin məzunları arasında 87 Nobel mükafatı laureatları var.

Con Hopkİns Univesİtetİ, $57820

109957.640x320

Con Xopkins universiteti Baltimorda yerləşən özəl elmi tədqiqat mərkəzidir. Bu universitet 1876-cı ildə məşhur sahibkar Con Xopkinsin vəfatından sonra təsis olunmuşdu. Həmin sahibkar təhsil müəssisəsinin yaradılmasına 7 milyon dollar vəsiyyət etmişdi. 31 il ərzində bu universitet tibbi və mühəndislik işlərinə xərclər üzrə dünyada birinci yeri tutur.

Parsonun Yenİ dİzayn məktəbİ, $57910

109958.640x320

Parsonun yeni dizayn məktəbi (Parsons The New School for Design) – Nyu-Yorkda özəl incəsənət və dizayn kollecidir. Bu təhsil müəssisəsinin əsası 1896-cı ildə impressionist rəssam Uilyam Merriitom Çeyz tərəfindən qoyulmuşdu. Kollecin dəfələrlə adı dəyişmişdi: Nyu-York incəsənət məktəbi, gözəl və tətbiqi incəsənət Nyu-York məktəbi. 1970-ci ildə bu kollec sosial tədqiqatlar üzrə Yeni məktəbin bir hissəsi olur.

Dartmut kolleCİ, $57996

109959.640x320 Dartmurt kolleci Nyu- Hempşirdə yerləşən özəl universitetdir. Yeleazar Uilok 1796-cı ildə bu universiteti təsis etmişdi.

Dartmurt kollecinin məzunları arasında üç Nobel mükafatı laureatları var.

Klermont Makkenİnİn kolleCİ, $58065

109960.640x320

Klermont Makkeninin kolleci Kaliforniyada, Klermont şəhərində yerləşən özəl humanitar kollecidir. Bu təhsil müəssisəsi 1946-cı ildə yalnız kişi cinsindən olan tələbələr üçün nəzərdə tutularaq yaradılmışdır. 1976-cı ildən etibarən kollec qadın tələbələrini qəbul etməyə başlayır. 1981-ci ildə kollec Donald Makkenin (qəyyumlar ittifaqının banisi olmuşdur) adını götürür.

Ueslİ unİversİtetİ, $58502

109962.640x320

Uesli universiteti Midlton şəhərində yerləşən özəl humanitar kollecdir. Təhsil müəssisəsi metodizminin banisi Con Ueslinin şərəfinə adlandırılmışdır. Universitet onun məzunlarının əksəriyyətinin elmlər namizədi dərəcəsini almaqları ilə fəxr edə bilər.

Kolumbİya unİversİtetİ, $58742

109963.640x320

Bu universitetinin bütöv adı Nyu- York- Sitidə Kolumbiya universitetidir. Lakin bu universiteti adətən Kolumbiya universiteti adlandırırlar. Bu universitet müharibədən öncə 1754-cü ildə Kra kolleci kimi yaradılmışdır. 1784-cü ildə bu təhsil müəssisənin adı Kolumbiya universiteti olaraq dəyişdirilmişdi. Bu universitetin məzunlarə arasında 98 Nobel mükafatı laureatları və 29 dövlət başçıları var.

Harvİ Mad kolleCİ, $58913

109964.640x320

Harvi Mad kolleci 1955-ci ildə təsis olunmuş özəl humanitar elmlər kollecidir. Bu universitet Harvi Mad sahibkarının ailəsinin və dostlarının vəsaitləri sayəsində yaradılmışdır. Universitet Klermontda, Kaliforniyada yerlişir.

Nyu- York unİversİtetİ, $59337

109965.640x320 Nyu- York universiteti Nyu- York şəhərinin aşağı rayonu Manhettendə, Qrinviç- Villicdə təsis olunmuş özəl tədqiqat mərkəzidir. 1831-ci ildə yaradılan bu universitet ilkin olaraq Nyu- York şəhərinin universiteti kimi adlandırılmışdı, lakin 1896-cı ildə rəsmi olaraq Nyu-York universiteti adlandırılmışdı. Universitetin məzunları arasında 36 Nobel mükafatı laureatları var.

Sara Lourens unİversİtetİ, $61236

109968.640x320

Sara Lourens kolleci Nyu- York ştatında, Yonkersdə yerləşir. Əczaçılıq fabrikinin sahibi Uilyam van Duzer Lourens 1926-cı ildə universiteti təsis etmiş və onu öz həyat yoldaşı Saranın şərəfinə adlandırmışdı. Bu təhsil müəssisəsi öz yüksək akademik standartları ilə məşhurdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər