6 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən böyük brilyantları

Sizin diqqətinizə zərgərlik işinin tarixində rast gəlinmiş ən iri cilalanmış almazların siyahısını təqdim edirik.  Biz həm bütöv, həm də parçalanmış brilyantları nəzərdən keçirəcəyik. Danışası, həm də baxası şey çoxdur.  

Heç şübhəsiz ki, ən məşhur və ən əlamətdar almaz «Kullinan» və ya «Afrika ulduzu» hesab olunur. O, təsadüfən CAR-da hələ uzaq 1905-ci ildə tapılmışdı. Almazın dəqiq çəkisi – 3106,75 karatdır ki, bu da 621,35 qram edir (100х65х50 mm). Nəzərə almaq lazımdır ki, «Kullinan» daha böyük bir kristalın parçasıdır, həmin kristal isə hələ də tapılmayıb. Emal edildikdən sonra «Kullinan» 9 hissəyə parçalanıb, iki ən böyük parçaya isə «Afrikanın böyük ulduzu» (530,2 karat) və «Afrikanın ikinci ulduzu» (317,4 karat) adı verilib. Birinci daş kral VII Qeorqun əsasını (skipetr), ikinci isə Britaniya imperiyasının tacını (düz yaqut daşının altında) bəzəyir.

brilyant2

brilyant3

Yeri gəlmişkən, dünyanın ən böyük brilyantlarının reytinqində adını qeyd etdiyimiz birinci kristal ikinci pillədə, ikinci kristal isə dördüncü pillədə qərar tutmuşdur.

brilyant4

Artıq başa düşdüyünüz kimi, həm də «Kullinan I» adlandırılan «Afrikanın böyük ulduzu» heç də dünyanın ən böyük brilyantı deyil. Bu status «The Golden Jubilee» adlı sarımtıl qəhvəyi rəngli brilyanta məxsusdur. Onun çəkisi 545,67 karat (109,13 q) təşkil edir. Emal edilənə qədər brilyantın çəkisi 755,5  karat idi. Kullinan kimi o, da Cənubi Afrikada tapılıb, amma 80 il daha gec və hal-hazırda o Tailand kralına məxsusdur.

brilyant%205

Üçüncü fəxri yeri, «Incomparable» daşı tutur. Bu daş da əslən afrikalıdır, onu Konqo Respublikasında tərk edilmiş şaxta yaxınlığında bir qız tapmışdır. Almazın ilkin çəkisi 890 karat (190 q) imiş. Üzərində işləndikdən sonra isə  «Müqayisəyəgəlməzin» çəkisi 407,5 karata (81,5 q) qədər azalmışdır. Cilalana qədər bu almaz, qəhvəyilər içərisində ən böyük və bütün digər rənglər arında ölçüsünə görə dördüncü yerdə olmuşdur.

brilyant6

Dünyada ölçüsünə görə beşinci ən böyük brilyant «Spirit of de Grisogono» almazı seçilib. Almaz mərkəzi Afrikada tapılıb. İlkin çəkisi -587 karat (117 q) idi. İsveçrəli zərgərlər tərəfindən işdəndikdən sonra «De Grisogono», almazının çəkisi  312,24 karat (62,45 q) oldu. Qiymətli daş ağ qızıldan hazırlanmış üzüyün üzərinə yerləşdirilib. Təsdiq olunmamış informasiyaya görə üzük satılıb, onun yeni sahibi isə naməlumdur.

brilyant7

Dünyanın  böyüklüyünə görə altıncı brilyantı «The Centenary» adlanır. Onun çəkisi təqribən 273.85 karata (54, 77 q) çatır. Emala qədər ki, çəki isə 599 karat (120 q) idi. Ötən əsrin 80-ci illərində, yenə də elə həmin Cənubi Afrikada aşkar olunub. Hal-hazırda brilyantın sahibin kimliyi məlum deyilbrilyant77

«Kullinan» tapılana qədər, dünyada mövcud olan ən böyük brilyantın «Excelsior» olduğu hesab olunurdu. O, 1893-cü ildə Cənubi Afrikada çıxarılmışdı. Onun ilkin çəkisi 971 karat (194,2 q) təşkil edirdi.

 

Son xəbərlər
Digər xəbərlər