9 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən böyük iPhone istehsalçısı Hindistanda yeni zavodlar tikəcək

Əsas iPhone istehsalçısı kimi tanınan Tayvanın Foxconn şirkəti Hindistanda yeni fabriklər tikmək üçün 500 milyon dollar sərmayə  qoyub .

Bu barədə MacRumors məlumat yayıb .

Qeyd olunur ki, Tayvan firması Hindistandakı törəmə şirkətinin inkişafına külli miqdarda pul yatırıb. İnvestisiyalar iPhone və iPad istehsalı üçün yeni istehsal xətlərinin işə salınmasına sərf olunacaq.

MacRumors-a görə, Foxconn, Apple-ın Çindəki istehsal yerlərinin sayını azaltmaq qərarından sonra Hindistandakı mövcudluğunu gücləndirir. Həmçinin, Foxconn-un motivlərinə Çin fabriklərində davam edən işçi etirazları təsir edib. Qeyd olunur ki, Foxconn-un Çindəki problemləri artıq iPhone 14 Pro-nun təchizatında fasilələrə səbəb olub.

Hindistanla yanaşı, Apple da Vyetnamı istehsal mərkəzləri üçün bir yer kimi nəzərdən keçirir . MacRumors istisna etmir ki, tezliklə Foxconn bu ölkədə də iştirakını artırmağa başlayacaq.

Son xəbərlər
Digər xəbərlər