27 C
Baku
Sunday, April 28, 2024

Dünyanın ən böyük yaqutu rekord qiymətə hərraca çıxarılacaq

“Sotheby’s” dünyanın ən böyük yaqutunu hərraca çıxaracaq.

“Fura Gems” şirkəti 2022-ci ilin iyul ayında bu yaqutun istehsalı üçün material kimi xidmət edən daşı tapıb.

Artıq cilalanmış “Estrela de Fura” adlı qiymətli daş 55,22 karatdır və dəyəri 30 milyon dollardan çoxdur.

Hərrac evi daşı çərşənbə günü Honkonqda təqdim edib. O, iyunun 8-də Nyu-Yorkda hərraca çıxarılacaq.

Qeyd edək ki, emaldan öncə daş 101 karat ağırlığında olub və dünyanın ən böyük yaqutu adını alıb.

 

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər