18 C
Baku
Tuesday, May 28, 2024

Dünyanın ən çirkli şəhəri açıqlanıb

Yeni Dehlinin hava keyfiyyəti indeksi 346-ya yüksəlib ki, bu da dünyanın 110 şəhəri arasında ən yüksək göstəricidir. Mütəxəssislərə görə, şəhərin çirkli olmasının əsas səbəbi təbii və qeyri-təbii səbəblərdən qaynaqlanan yanğınlardır.

Energetika və resurslar institutunun elmi işçisi Anju Goelin sözlərinə görə, havanın keyfiyyətinin aşağı olmasına səbəb temperaturun və küləyin sürətinin aşağı olmasıdır. Çikaqo Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, incə hissəciklərdən havanın çirklənməsi hindlilərin ömrünü orta hesabla 5.3 il azaldır. Hindistan hökuməti artıq bir neçə ildir ki, havanın çirklənməsi ilə mübarizə üçün bir sıra tədbirlər həyata keçirir, lakin onun səyləri indiyədək səmərəsiz olub.

Enerji tədqiqatları mərkəzinin analitiki Sunil Dahiyaya görə, Dehli ərazisində kənd təsərrüfatı yanğınlarının sayında əhəmiyyətli dərəcədə azalma var. Bununla belə, əhalinin artımı ilə əlaqədar tikinti və məişət fəaliyyəti ilə bağlı digər çirklənmə mənbələri meydana çıxır ki, bu da vəziyyəti daha da pisləşdirir.

Dahiya deyir ki, paytaxt ətrafında fəaliyyət göstərən elektrik stansiyalarından çirklənməyə nəzarət qurğuları quraşdırılmalıdır, lakin bu tələb yerinə yetirilmir. O, həmçinin əlavə edib ki, bu tənzimlənməsə, yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər