22 C
Baku
Sunday, April 28, 2024

Dünyanın ən kiçik televizorları satışa çıxarılıb – Qiymətlər, Fotolar, Xüsusiyyətlər

Müasir dünyada cihazların ekranı getdikcə böyüsə də, ABŞ şirkəti dünyanın ən kiçik televizorunu istehsal edərək fərqli bir yol seçib.

Banker.az xarici NTV-yə istinadən xəbər verir ki, ABŞ-ın startapı olan Tint Circuits, TinyTV Mini və TinyTV 2 adlı dünyanın ən kiçik televiziya prototiplərini təqdim edib. Şirkət qeyd edib ki, Tiny TV Mini poçt markası ölçüsündə – 15 mm ekrana, TinyTV 2 isə 26 mm ölçülü ekrana malikdir.

Nostalji görünüşlü televizorlarda səs səviyyəsini tənzimləyən və “kanalları dəyişdirən” iki ədəd fırlanan düymə var. Şirkətdən verilən açıqlamada, televiziyada izləmək istədiyiniz videoların istifadəçi tərəfindən cihaza yüklənə biləcəyi və ya USB-C kabelindən istifadə edərək kompüterdən görüntü köçürülə biləcəyi bildirilib. Həmçinin həm TinyTV 2, həm də TinyTV Mini 10 və 40 saatdan çox görüntü saxlaya bilən 8 GB-lıq microSD kartla təchiz olunub.

Digər tərəfdən, satışa çıxarılacaq televizorlarla bağlı KicStarter-də kampaniya başladılıb. Şirkət indiyədək 128 640 dollardan çox vəsait toplayıb. Kiçik televizorları artıq şirkətin Kicstarter səhifəsindən sifariş etmək olar. Televizorların qiymətləri 49-59 dollar arasında dəyişdiyi halda, televizoru pultla idarə etmək istəyənlər daha 10 ABŞ dollar ödəməlidirlər.

Qeyd edək ki, TinyTV seriyası “TinyCircuits” təsisçisi və prezidenti Ken Burns tərəfindən dizayn edilib və ABŞ-ın Ohayo ştatında istehsal edilib.

TinyTV 2-nin xüsusiyyətləri:

Ölçülər: 47.6 x 36.6 x 25.9 mm

Ekran: 26 mm

Piksel sayı: 216 x 135 piksel

Enerji saxlama müddəti: 2 saat

Yaddaş: 8 GB / 10 saat video

Qiymət: $49

TinyTV Mini-nin xüsusiyyətləri:

Ölçülər: 26.3 x 23.8 x 21.9 mm

Ekran: 15.2 mm

Piksel sayı: 64 x 64 piksel

Enerji saxlama müddəti: 1 saat

Yaddaş: 8 GB / 40 saat video

Qiymət: $59 USD.

1698869 0

1698869 11698869 21698869 31698869 41698869 71698869 81698869 91698869 11

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər