16 C
Baku
Thursday, March 28, 2024

Dünyanın ən nüfuzlu qadınları reytinqində lider dəyişib

Amerikanın “Forbes” jurnalına görə, dünyanın ən nüfuzlu qadınları reytinqində son 11 ildə ilk dəfə lider dəyişib. Bildirilir ki, Almaniyanın keçmiş kansleri Anqela Merkel siyahını tərk edərək yerini dünyanın ən varlı qadınlarından birinə verib.

Banker.az xəbər verir ki, beləliklə, dünyanın ən nüfuzlu qadınları reytinqinin lideri “Amazon”un rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott seçilib. Reytinqdə ikinci yeri ABŞ-ın vitse-prezidenti Kamala Harris, üçüncü yeri isə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard tutub.

Eyni zamanda siyahıya teleaparıcı Opra Uinfri (23-cü yer), müğənni Rihanna (68-ci yer) və aktrisa Teylor Svift (78-ci yer) daxil olub.

Böyük Britaniya kraliçası II Elizabet 24 mövqe itirərək 70-ci yerə enib. Reytinqin son pilləsində “Facebook”un keçmiş əməkdaşı Frensiz Hauqen yer alıb. O, sosial şəbəkəni istifadəçiləri qəsdən manipulyasiya etməkdə, dezinformasiya yaymaqda və düşmənçilik toxumu səpməkdə ittiham edib.

Son xəbərlər
Digər xəbərlər