7 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən varlı insanları COVID-19 ilə mübarizəyə nə qədər pul xərcləyiblər?

“Forbes” siyahısındakı milyarderlər Covid-19 virusunu aradan qaldırmaq üçün sərvətinin bir hissəsini xərcləyiblər. Məsələn, “Twitter” in qurucusu Cek Dorsey pullarının dörddə bir hissəsini, dünyanın ən zəngin adamı Ceff Bezos isə sərvətinin cəmi 0,07%-ni bağışladı. 

Dünyadakı 2095 milyarderin çoxu ianə etməyi planlaşdırır və ya nə qədər ayırdıqlarını açıqlamaq istəmirlər. Lakin onlardan ən azı 77-si bu çətin vaxtda pullarını bölüşmək qərarını veriblər. 

Ən səxavətli milyarder Cek Dorsi oldu (sərvəti 3,9 milyard dollar): aprelin 7-si Dorsi “Square” fintex şirkətinə 1 milyard dollar (sərvətinin dörddə bir hissəsi) ayıracağını bildirib. İndiyədən Cek Dorsi dörd şirkətə 5 milyon dollar bağışlayıb. 

İkinci yerdə İT-maqnat Asim Premci dayanır (sərvəti 6,1 milyard dollar). O, koronavirusla mübarizəyə 132 milyon dollar ayırmağı planlaşdıırr. Bill Qeyts (sərvəti 103,3 milyard dollar) bu siyahıda üçüncü yer alıb, milyarderin ayıracağı 105 milyon dollar koronavirusa qarşı peyvəndin hazırlanmasına və diaqnostikaya xərclənəcək. 

Ən az məbləği ABŞ prezidenti Donald Tramp (sərvəti 2,1 milyard dollar) bağışlayıb – 100 000 dollar (maaşının dörddə bir hissəsi). 

kil

Son xəbərlər
Digər xəbərlər