14 C
Baku
Monday, May 6, 2024

Dünyanın ən zəngin ailələri açıqlanıb – “The Times”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən zəngin ailəsi kimi tanınıb, bu barədə “The Times” nəşriyyatı yazıb.

Bildirilir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. “Bloomberg”ə görə, Əl Nəhya ailəsinin sərvəti təxminən 300 milyard dollardır.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Əbu-Dabi ailəsi maliyyədən tutmuş robototexnikaya qədər müxtəlif sahələrdə 27 mindən çox işçisi olan “Royal Group”un sahibidir. Ailə İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” şirkətində və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.

Reytinqin ikinci pilləsində sərvəti 224.5 milyard dollar dəyərində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. .İlk beşliyə həmçinin eyniadlı şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Kox ailəsi (128.8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxil olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər