10 C
Baku
Friday, December 13, 2024

Dünyanın beş ən böyük İT şirkətinin gəliri 1.1 trln. dollara çatıb

Dünyanın beş ən böyük İT şirkətinin – “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook” – ümumi gəliri 2020-ci ildə 1.1 trilyon dollara yüksəlib.

Banker.az xarici KİV-ə xəbər verir ki, bu qədər sürətli böyümə insanların koronavirus pandemiyası fonunda distant işləməsi və onlayn alış-verişə üstünlük verməsi ilə əlaqədar olub. Bu barədə “The Wall Street Journal” yazıb.

Ekspertlər 2020-ci ildə texnologiya nəhənglərinin ümumi gəlirlərini 20% faiz, mənfəəti isə 24% artırdıqlarını təxmin edirlər. Pandemiya dövründə beş ən böyük İT şirkətinin ümumi bazar kapitallaşması 8 trilyon dollara çatıb.

“Apple”ın gəliri karantin zamanı noutbuk, planşet və digər cihazlara tələbin artması səbəbindən böyüyüb. Buna baxmayaraq, 2020-ci ilin birinci rübündə “Mac” kompüterlərinin satışları xeyli azalıb.

Müsbət dinamika “Microsoft”da da olub. Şirkət “Surface” noutbukların, “Xbox” oyun konsolların və bulud xidmətlərin satışlarını artırmağı bacarıb. Bundan əlavə, “Microsoft”un distant iş üçün alətləri böyük populyarlıq qazanıb.

“Google”un ana şirkəti olan “Alphabet” onlayn alış-verişə tələbin artması sayəsində gəlirini yüksəldib. “WSJ” yazır ki, eyni səbəbdən 2020-ci ildə “Amazon” da gəlirini 38% artıraraq 386 milyard dollara çatdırıb.

Pandemiyadan həmçinin Mark Çukerberqin “Facebook” şirkəti də yararlanıb. Sosial şəbəkə 2020-ci ildə onlayn alış-veriş etməyə imkan verən bir sıra xidmətlər işə salıb.

Mütəxəssislər qeyd edirlər ki, İT nəhənglərin artım tempi pandemiya azalmağa başlayanda eyni səviyyədə qalıb. 2021-ci ilin yanvar ayının sonunda “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” rekord gəlir barədə hesabat veriblər.

Son xəbərlər
Digər xəbərlər