7 C
Baku
Sunday, December 15, 2024

“Dünyanın düz vaxtı” kredit ittifaqları maliyyə vəziyyətlərini düzəldə bilmirlər

Azərbaycanda kredit ittifaqları maliyyə sektorunun digər iştirakçıılarından fərqli olaraq zərər çərçivəsindən kənara addım ata bilmirlər. Durum bir qədər də ağırlaşır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yola saldığımız 2023-cü il kredit ittifaqları üçün 2022-ci ildən daha çətin keçib. Sektorun 40 iştirakçısı ümumilikdə 251 min manat zərər edib. Məsələn, öncəki ildə bu zərər daha az – 20 min idi.

Həmkar sektorda əhval-ruhiyyə fərqlidir. Azərbaycan bankları 2023-cü ili 1 mlrd. manat üzərində, bank olmayan kredit təşkilatları isə 76 mln. manat xalis mənfəət əldə ediblər.

Kredit ittifaqları 2022-ci ildə 1.9 mln. manatlıq faiz gəlirləri, 320 min qeyr-faiz gəlirləri əldə etmişdilər.

Kredit ittifaqlarının aktivləri 13.4 mln. manatdan 13 mln. manata qədər azalıb. Azalmanın əsas səbəbkarı 11.3 mln. manatdan 11 mln. manata düşən müştərilərə verilmiş kreditlərdir.

Sektorun 3.5 mln. manat ümumilikdə öhdəliyi mövcuddur.

Azərbaycan Mərkəzi Bankı 2015-ci ildən bu tərəfə 50-dən çox kredit ittifaqının lisenziyasını ləğv etdiyi halda, 2021-ci ildə cəmi ikisinə lisenziya verib.

Mərkəzi Bank pul siyasətinə dair açıqlamalrında bu sektorun kredit qoyuluşundakı iştirakının zəif olmasından “gileylənmişdi”.

32423434324

Son xəbərlər
Digər xəbərlər