“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası açıqlanıb.
Bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb.
Qərara əsasən, tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir.
-Mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir; giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
-“Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir: 1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;
– tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
– icazənin növü seçilir (1 və ya 2);
– “Göndər” düyməsi sıxılır;
-“Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;
-“Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər