14 C
Baku
Thursday, May 2, 2024

Əfqanıstanda bankda partlayış olub

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində yerləşən “New Kabul Bank”ın filialında partlayış baş verib.

Bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Partlayışın baş verdiyi bank filialının Qəndəhar polis qərargahının yaxınlığında yerləşdiyi bildirilir.

Qeyd olunub ki, partlayış ölkəyə rəhbərlik edən “Taliban”ın üzvləri banka toplaşarkən olub.

“Taliban” arasında itkilərin olduğu iddia edilsə də, onların dəqiq sayı bilinmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər