Səfir və diplomatik missiya əməkdaşları siyasi sığınacaq aldıqları Avropa və ABŞ-yə getdikdən sonra Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırıb.
Məlumata görə, ən azı beş əməkdaş diplomatik missiyanı tərk edib. Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hakimiyyət hadisələri izləyir, lakin təfərrüatı açıqlamayıb.