Ehtiyat valyutası – digər dövlətlərin öz ehtiyatlarını yaratmaq, beynəlxalq hesablaşmaları aparmaq, investisiya aktivi kimi və digər məqsədlər üçün kütləvi şəkildə istifadə etdiyi valyutadır.
Daha sadə desək, bu, universal ödəniş vasitəsinə çevrilə bilən və demək olar ki, hər yerdə istifadə edilə bilən puldur.
Ehtiyat valyutanın statusu əbədi deyil. Eramızdan əvvəl V əsrdə ən populyar pul vahidi yunan draxması idi, sonra onu Roma areusu əvəz etdi. Adətən ən nüfuzlu və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin valyutaları ehtiyat valyutaya çevrilir.
20-ci əsrin əvvəllərində ingilis funt sterlinqi, fransız frankı və alman markası rəsmi ehtiyat valyutası kimi xidmət edirdi. İkinci Dünya Müharibəsindən və Bretton-Vuds sisteminin başlanmasından sonra dünya pul ehtiyatlarının böyük hissəsi dollarda saxlanmağa başladı. Son illərdə Çin yuanının populyarlığı artıra, hansıki ehtiyat statusu almış dünya valyutalarının sonuncusudur.
Faktlar
2022-ci ildən Beynəlxalq Valyuta Fondu (BVF) 8 valyuta vahidini ehtiyat valyuta kimi tanıyır:
– ABŞ dolları;
– avro;
– funt-sterlinq;
– Çin yuanı;
– Yaponiya yeni;
– Avstraliya dolları
– Kanada dolları;
– İsveçrə frankı.
Dünya ehtiyatlarına görə ABŞ dolları liderlik edir. 2021-ci ilin 4-cü rübündə bütün dünya valyuta ehtiyatlarının 58.81%-i onun payına düşüb.
Son illərdə BRİKS yeni ehtiyat valyutası yaratmaq imkanını nəzərdən keçirir. Təşkilati məsələlərin hazırlanması hələ ilkin mərhələdədir. Yeni valyuta BRİKS ölkələrinə valyuta və infrastruktur risklərindən qaçmağa imkan verəcək.