EIA III rüb üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu azaldıb

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin üçüncü rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – July 2021” hesabatına istinadən xəbər verir.

EIA-ın yeni proqnozuna görə, bu ilin üçüncü rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu iyun ayında verilən proqnozdan 10 min barel və ya 1,41 % azdır.

Həmçinin, bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 40 min barel və ya 6,06 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 730 min barel təşkil edirdi.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər