15 C
Baku
Tuesday, April 30, 2024

Ekoloji təhlükəsizliklə bağlı 3 vəzifəli şəxs cərimə olunub

Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə  cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması, tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3 vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər