Eks-deputat Rəfail Cəbrayılov borclu olduğu adamların pulunu qaytarılması üçün “Milyonçular məhəlləsi” kimi tanınan ərazidə, daha dəqiq desək, Bakı şəhəri Məmməd Araz küçəsində mülkünü satışa çıxarıb.
Banker.az-ın REAL Tv-yə istinadən məlumatına görə, əmlakın ilkin dəyəri 1,5 mln. manatdır. Ümumilikdə 800 min dollar borcu olan Cəbrayılov, borclu olduğu şəxslərdən birinin – Təranə Fətəliyevanın 300 min dollarını geri qaytaracağına söz verib.
TV müxbiri: “Qaytardılar Sizin pulunuzu?”
T.Fətəliyeva: “Xeyir!”
TV müxbiri: “Nə vaxta söz veriblər?”
T.Fətəliyeva: “Bu günə söz veriblər.”
Borc verən şəxslər keçmiş deputatdan pullarını geri almaqda israrlıdırlar. Borclu olduğu şəxslərdən möhlət istəyən Rəfail Cəbrayılov pulları mülklərini satmaqla ödəyəcəyini söz verib.
Bildirək ki, o borcqalma qalmaqalına görə öz qardaşını ittiham edir.