19 C
Baku
Thursday, April 25, 2024

Ekspert: “İcbari tibbi sığorta effekt verməyəcək”

İcbari tibbi sığorta effekt verməyəcək. Çünki xəstəxanalarda, kənd məntəqələrində ixtisalı kadr çatışmazlıqları var və xidmətin səviyyəsi də aşağıdır.

Bu da təsadüfi deyil, bunun üçün bünövrə qənaət bəxş olmalıdır ki, onun üstündə iş aparasan. Kənd tibb məntəqələrinin bir çoxu  bərbad gündədir. Xidmət də ödənilən sığorta haqqının tələblərinə cavab verməyəcək. Yenə də vətəndaş ödədiyi puldan əlavə vəsait xərcləməli olacaq. Tibb Universitetindən gələn kadrların heç də hamısı işin bilən kadırlar deyil. İrana və digər ölkələrə tibbi xidmətlə bağlı axın yenə davam edəcək. 

Ümumiyyətlə, icbari tibbi sığorta mərhələsinə keçid üçün məqam yetişməyib. Bu sahə üzrə ixtisaslı kadrlar belə yoxdur. Bunu millət vəkili Qənirə Paşayevanın çıxışından da aydın etmək olar. O qeyd edirdi: Xaricdə bu sahə üzrə ixtisaslaşmış azərbaycanlıları bura dəvət etmək lazımdır. Sual olunur 300 manata onlar gəlib burada işləyəcəklərmi? Mənim yadımdadı Agentlik yarananda maliyyəçilərə pilot layihə üçün  regionlarda ehtiyac var idi. Sənədlərimi göndərib dəstək olmaq istədim. 300 manat maaşa Mingəçevirdə işləmək təklif olundu. Heç bir güzəşt yox idi. İşi qurmaq istəyən şəxs əgər bu qədər vəsaiti normal hesab edirsə, deməli ona mütəxəssis lazım deyil. Mən istərdim ki, keyfiyyətli icbari tibbi sığorta sistemi qurulsun, amma sadaladıqlarımdan belə qənaətə gəlmək olar ki, bu tələskənliklə tam effektini verməyəcək. Bəzi qanunlarımızda olduğu kimi, maddə əlavə edib, onun 1-2 il işləmə mexanizmi haqqında düşünmək üçün vaxt lazım olacaq. 

 

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər