15 C
Baku
Friday, April 26, 2024

Ekvadorun dövlət neft şirkəti ölkədəki etirazlara görə fəaliyyətini dayandırıb

Ekvadorun dövlət neft-qaz şirkəti “Petroecuador” iğtişaşlarla müşayiət olunan kütləvi anti-hökumət etirazları səbəbindən neft və neft məhsullarının tədarükü üzrə müqavilələrdə fors-major vəziyyət elan edib.

Bu barədə şirkət müvafiq bəyanat yayıb.

Məlumatda qeyd olunur ki, mövcud vəziyyəti milli və beynəlxalq ticarətdə kəşfiyyat, hasilat, neft məhsullarının daşınması əməliyyatlarında gözlənilməz hadisə və ya fors-major kimi təsnif etmək qərara alınıb.

“2022-ci il iyunun 13-də başlayan tətillər nəticəsində karbohidrogen hasilatı əməliyyatlarına nəqliyyatın hərəkətinə maneçilik törətməklə, dövlət əmlakına ziyan vuraraq məhv etməklə və yataqları ələ keçirməklə xətər yetirilib”, – bəyanatda deyilir.

Kütləvi etirazlar Ekvadorda həftənin əvvəlindən başlıyıb. Nümayişçilər benzinin qiymətinin aşağı salınmasını və artan cinayətkarlıq fonunda vətəndaşların təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər