17 C
Baku
Saturday, May 18, 2024

Elçin Süleymanov Milli Observatoriyanın İdarə Heyətinə sədr müavini təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədrinə müavin təyin edilib.

Banker.az-ın məlumatına görə, Elçin Süleymanov qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

O, fevral ayının birindən etibarən müxtəlif illərdə kafedra müdiri, dosent, prorektor kimi fəaliyyət göstərdiyi Bakı Mühəndislik Universitetindən ayrılıb.

Dos. Elçin Süleymanov TC Dokuz Eylül Universiteti maliyyə bakalavr, Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutu, biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr, Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə dokrorantura təhsili alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər