2 C
Baku
Saturday, December 14, 2024

Elektrik mühərrikli avtomobillər üçün enerji doldurma məqsədilə parklanma yerlərinə dair nişan müəyyənləşir

Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır.

Layihəyə əsasən, 5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində həm velosipedlər, həm də kiçik elektrik nəqliyyat vasitələri, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız kiçik elektrik nəqliyyat vasitələri parklana bilər. Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün nəzərdə tutulmuş parklanma yerlərindən kənarda parklanması qadağandır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər