15 C
Baku
Tuesday, April 30, 2024

“Elektron imza”- onun tətbiqi və təhlükəsizlik məsələləri

Müəllif: Əfqan Quliyev

Son illər dünyanın əksər ölkələrində komputer –informasiya sistemlərinə keçidlə əlaqədar olaraq “elektron hökumət”in yaradılması ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir. Ümumiyyətlə, informasiya texnologiyalarından kütləvi istifadə gələcəkdə dövlət strukturları arasında aparılan işlərin keyfiyyətionə müsbət təsir göstərəcək. 

 Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” millə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin gücləndirilməsində, eyni zamanda informasiya cəmiyyətinin qurulmasında xüsusi əhəmiyyət kəsb edir.

   Dövlət Proqramının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci mərhələdə (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və biometrik eyniləşdirilmə sisteminin normativ hüquqi aktlarının hazırlanması həyata keçirilməli idi. Artıq bu mərhələdə bir sıra işlər uğurla başa çatdırılıb. Ikinci mərhələdə isə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi, “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sistenminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” üzrə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizənin gücləndirilməsi, informasiya cəmiyyətinin qurulması kimi məsələlər öz həllini tapacaq.

Dövlət proqramının həyata keçirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrdən biri də biometrik texnologiyalar əsasinda biometrik pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlər istehsalının və tətbiqinin təşkilidir. Yəni biometrik pasportları saxta sənədlərlə sərhədi keçmək niyyətində olan şəxslərin qarşısının alınması üçün yeni texnologiya kimi də qiymətləndirmək olar. Bir faktı da qeyd edək ki, biometrik pasportu saxtalaşdırmaq adi pasportu saxtalaşdırmaqdan çətindir. Həmçinin, şəxsin başqa fərdi məlumatlarla sənəd alması imkanının aradan götürülməsi, toplanan informasiyanın dəqiqliyinin təmin olunması da nəzərdə tutulur. Biometrik pasportlar şəxsiyyətin avtomatik identifikasiyası, miqrasiyaya sürətli nəzərət, sərhədlərin daha yaxşı mühafizəsi və təhlükəsizlik kimi üstünlüklərə malikdir.

Biometrik pasport nədir?

Biometrik pasportlar ilk baxışda adi pasportlara oxşayır, lakin onların üz qabığında biometrik pasport loqosu olur. Bu loqo biometrik pasportlar üçün beynəlxalq işarədir. Pasport xüsusi çipə malikdir və burada pasport haqqında məlumatlar və pasport sahibinin biometrik məlumatları saxlanılır. Çip pasportun üz qabığında, birinci səhifədə ( verilənlər səhifəsində) və ya digər səhifələrində ( adətən, orta səhifədə) yerləşdirilə bilər. Biometrik pasport loqosu bütün aeroportlarda və tranzit portlarda biometrik pasportlar üçün xüsusi oxucu qurğuları ilə təchiz edilmiş sərhəd nəzarəti keçidlərində göstərilməlidir. Sərhədi keçərkən səyahətçilər öz pasportlarını xüsusi skanerlərə yerləşdirəcək və bu qurğu çipdəki məlumatların birinci səhifədəki verilənlər ilə eyni olduğunu yoxlayacaq. Daha sonra əgər çipdə barmaq izləri də saxlanırsa, səyahətçi barmaqlarını barmaq izi skanerinə qoyacaq və çipdə saxlanan izlərinin qurğuda alınan izlərlə eyni olduğu yoxlanacaq.

Biometrik xarakteristikalar

İnformasiya təhlükəsizliyi riskləri artdıqca, şəxslərin təhlükəsizlik autentifikasiyası texnologiyalarına ehtiyac da günü gündən aktuallaşır. Qeyd edək ki, informasiya sistemlərində əsas autentifikasiya vasitəsi kimi parollardan istifadə olunur. Lakin burada bəzi nöqsanlar mövcuddur. Məsələn, parolları itirmək, oğurlamaq, unutmaq, saxtalaşdırmaq, “dosta” vermək mümkündür. Ancaq biometrik xarakteristikalarda bu nöqsanların heç biri yoxdur. Onlar daima insanı müşayiət edirlər. Bəşəriyyət həmişə fərdlərin identifikasiyası üçün biometrik tanıma üsullarından istifadə edib. Çox vaxt məhz bu texnologiyaların köməyi ilə sifətə, səsə, yerişə və s. görə insanları tanıyırıq.

Xatırladaq ki, biometrik xarakteristikaların praktikada geniş istifadəsinə, xüsusilə barmaq izlərinin kriminalistikada tətbiqinə 19-cu əsrin sonlarından başlanıb. 1960-cı illərdən başlayaraq biometrik xarakteristikaların avtomatik identifikasiyada istifadəsi sahəsində elmi tədqiqatlqr genişlənməkdədir. Hazırda informasiya texnologiyalarının mühüm hissəsinə çevrilən biometrik texnologiyalar bioloji (anatomik və psixoloji) və davranış xarakteristikaları əsasında fərdin avtomatik eyniləşdirilməsi üçün müxtəlif üsullar təklif edir. Elmi tədqiqatlarda və praktikada sınaqdan çıxarılan biometrik xarakteristikalara barmaq izi, gözün torlu qişası, gözün qüzehli qişası, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və s. aiddir.

Biometrik xarakteristikanın müəyyən edilməsi, ölkəmizdə informasiya texnologiyalarının inkişafı gələcəkdə büyün sənədləşmələrin, işlərin və xidmətlərin yerinə yetirilməsini sadələşdirməklə yanaşı, onların təhlükəsizlik məsələlərinə də tam təminat verəcək. Bu məlumatların fərdi və unikal olduğunu nəzərə alsaq, məhz qeyd olunan texnologiyalar vasitəsi ilə əldə edilən informasiyaların dəqiqliyinə və etibarlılığına zəmanət vermək mümkün olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər