16 C
Baku
Thursday, April 25, 2024

Elektron siqaretlər üçün aksiz dərəcəsi müəyyənləşib

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların 1000 ədədi üçün 14 manat, elektron siqaretlər üçün mayenin 1 litr üçün 100,0 manat, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədədi üçün 0,25 manat aksiz dərəcəsi müəyyənləşib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər