12 C
Baku
Thursday, March 28, 2024

Elman Rüstəmov: “Gələn il inflyasiya aşağı düşərək, illik 6-7 % intervalında olacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) baza inflyasiya proqnozuna görə, növbəti ilin ortalarından başlayaraq inflyasiya tempi aşağı düşməyə başlayacaq və illik əsasda onun səviyyəsi 6-7 % intervalında olacaq.

Bunu AMB-nin sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə pul-kredit siyasətinin başlıca məqsədi infyasiya səviyyəsinin məqbul hədəf trayektoriyasına qaytarmaq və inflyasiyanın daxili amillərinin effektiv idarə olunması olacaqdır.

“Dünyanın bir sıra beyin mərkəzləri, aparıcı mərkəzi bankları kimi AMB-də proqnozlaşdırır ki, cari ildə inflyasiyanın sürətlənməsi bir sıra müvvəqqəti keçici və struktur amillərin bərabərsizliyindən irəli gəlir”, – E.Rüstəmov qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 %, qeyri-ərzaq məhsulları üzrə 104,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105 % təşkil edib.

Mərkəzi Bankın proqnozlarına görə, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8 %-ə qarşı 6,2-6,5 % səviyyəsində gözlənilir. İllik inflyasiya isə 9,5-10,5 % səviyyəsində proqnozlaşdırılır.

Hökumətin proqnozlarına görə, 2022-ci və sonrakı üç ildə Azərbaycanda inflyasiyanın orta hesabla 3,5 % ətrafında olacağı gözlənilir.

Proqnoza görə 2022-ci ildə inflyasiya orta hesabla 4 %, 2023-cü ildə 3,3 %, 2024-cü və 2025-ci ildə isə ildə 3,2 % olacaq.

Son xəbərlər
Digər xəbərlər