13 C
Baku
Tuesday, May 14, 2024

Elşad Kərimov- xaricdə təhsil almaq istəyənlərə tövsiyələr

Banker.az – Niyə görə Siz məhz hazırda oxuduğunuz universiteti seçmisiniz? Qəbul prosesində başqa universitetlərdə var idimi?

Elşad Kərimov – Mən təhsilimi Böyük Britaniyada davam etdirmək istəyirdim, ona görə də xarici universitetlərdən ancaq bu ölkədə olanları seçdim. İngiltərədə bir neçə universitetə müraciət etmişdim, daha doğrusu, beşinə. Mançestr, Liverpul və hal hazırda oxuduğum universitetdən qəbul almışdım. Ancaq digər universitetlərdən qəbulum şərtli olduğu üçün təqaüd programına müraciət edə bilmədim, ona görə ki, həmin universitetlər dərslərə başlamazdan əvvəl iki həftəlik kurs keçməyimi tələb edirdilər. Məlumdur ki, İngiltərədə iki həftəlik kusr çox bahadı, kursu təhsilinə maddi imkanım yox idi. Bu səbəbdən London Metropolitan Universitetində oxumaq qərarına gəldim.

Banker.az – Hazırda oxuduğunuz universitetin prioritet istiqaməti hansı sahədə müəyyənləşib?

Elşad Kərimov – Hal-hazırda oxuduğum  London Metropolitan Universitetində bir çox sahələr üzrə təhsill almaq mümkündür. İqtisadiyyatla əlaqəli olan maliyyə ekonometriya kimi sahələrə maraq daha çoxdur.

Banker.az – Elşad, gəlin Sizin təhsil aldığınız məktəbdən danışaq. Məktəbdə tədris prosesi necə qurulmuşdur? Hansı tədris formaları üstünlük təşkil edir?

Elşad Kərimov – Mən Quba Özəl Türk Liseyini 2005 ci ildə bitirmişəm. Düşünürəm ki, liseyi seçməklə həyatımın ən yaxşı addımını atmışam. Çünki tədrisdə təlimdən əlavə nizam-intizam, tərbiyə də əsas rol oynayır. Təhsil prosesi çox gərgin idi, bütün gün ərzində istirahətə ancaq 1 saat ayrılırdı. Liseydəki tədris forması xarici ölkələrdə olan tədris sisteminə uyğundur. Bütün istirahət günlərində dərs müddəti ərzində öyrəndiyimiz biliklərin yoxlaması aparılırdı ki,  bu da  həftəlik keçdiyimiz mövzuları daha da yaxşı qavramağa imkan verirdi. Bundan əlavə, hər rübdə bütün liseylər arasında imtahan keçirilirdi, buda öz növbəsində rüb ərzində keçdiyimiz materialları təkrarlamağa şərait yaradırdı. Liseydəki təhsildə digər bir əsas xüsusiyyət odur ki, orada daima uşaqlarda oxumağa həvəs yaradırdılar, xüsusən də yüksək nəticə göstərən şagirdlərə müxtəlif mükafatlar verilirdi. Liseydə hər bir fənni öz laboratoriya otağında keçdiyimiz üçün  hətta  tənbəl şagirdlər belə aparılan eksperimentlərdən həvəslənib dərsi oxumağa maraq göstərirdi. Demək istəyirəm ki, təhsildə yaradılan şərait  elmə həvəsin artmasında çox böyük rol oynayır.

Banker.az – Elşad, zəhmət olmasa,  biznes-məktəbində adi təhsil gününüzü təsvir edin.

Elşad Kərimov – Britanıyada  təhsil sistemi çox çətindir. Qavranılması vacib olan material həddindən artıq çoxdur. Mənim adi iş günüm əsasən kitabxanada dərs oxumaqla keçir, bəzən də xarici qrup yoldaşlarımla birlikdə universitetin diskussiya bölməsində öz ixtisasımız, millətimiz, dövləmiz haqqında müzakirələr edirik. Axşam da evə gəldikdə internet vasitəsilə dostlarımla əlaqə yaradaraq söhbətləşirik, səmimi etiraf edim ki, asudə vaxtımın çox hissəsini facebook -a həsr edirəm.

Banker.az – Rekrutinq mövzusu üzərində ətraflı danışaq. Bu proses konkret olaraq necə baş verir?

Elşad Kərimov – Ümumiyyətlə, öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu proses cox mürəkkəb prosesdir. Proses sadəcə lazımi  sənədləri toplamaq, Universitetə müraciət və qəbul kimi mərhələlərindən ibarət deyil və göründüyündən daha çətindir. İlk olaraq mən qəbul üçün gərəkli olan imtahanları verdim, bunlar TOEFL/İELTS, GMAT/GRE kimi imtahanlardır. Daha sonraimtahanlardan aldığım nəticəyə uyğun olan universitetlər haqqında məlumat topladım. Bu proses  də, öz növbəsində, çox vaxt aparır. Ümumilikdə götürsək, xarici universitetlərin çoxu qəbul zamanı eyni sənədləri tələb edir. Ancaq bu mərhələdə ən yorucu iş sənədlərin təsdiqlənməsi prosesidir. Məsələn, bir sənəd bəzən bir neçə günə təsdiqlənir. Digər əsas məsələ odur ki, hər universitetin qəbul vaxtları fərqlidir, bu səbəbdən vaxtaşırı internet vasitəsilə onların qəbul vaxtlarını öyrənmək lazımdır. Bundan əlavə, ölkəmizdəki universitetdən alınan xasiyyətnamələri tərcümə etmək vacib olur, çünki onların məzmunu azərbaycan dilində verilir. Bütün sənədləri hazırladıqdan sonra universitetlərə müraciət  olunur. İlk dəfə müraciətdə bir çox xarici universitetlər şərti olaraq qəbul edirər. Başqa sözlə desək, çatışmayan sənədləri təcili tələb etmirlər və müəyyən müddət ərzində onları toplamağa imkan verirlər. Bundan sonra yeni bir mərhələ başlayır. Əgər Universitet tərəfindən ayılmış vaxt ərzində sənədlər çatdırılmasa qəbul ləğv olunur. Mən belə düşünürəm ki, bu mərhələ daha çox çətindi, çünki hal-hazırki şəraitdə sənədləri vaxtında alıb çatdırmaq bir az problemlidir.

Banker.az – Siz şəxsi rekrutinq prosesi haqqında təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

Elşad Kərimov – Şəxsi təcrübəmdən onu deyə bilərəm ki, çox qəliz bir proses idi. Mən bütün sənədləri səbr və təmkinlə hazırladım. Bunun nəticəsi olaraq, da indi arzuladığım kimi təhsilimi davam etdirirəm, istədiyim sahədə oxuyaraq biliklərimi təkmilləşdirirəm. Bəzən çox çətinliklər olur, amma əgər insanın dözümü və əzmi varsa, deməli o, istədiyi bütün nailiyyətləri əldə edəcək.

Banker.az – Dünyada hökm sürən maliyyə böhranı Sizin məktəbdə tədris prosesində özünü necə göstərir?

Elşad Kərimov – Sentyabrda London Metropolitan-a gəldiyim ilk vaxtlarda Universitetin qarşısındakı mitinqlər diqqətimi cəlb edirdi. Bir müddət sonra öyrəndim ki, maliyyə böhranı ilə əlaqədar universitet rəhbərliyi tərəfindən müəyyən qərarlar düzgün qəbul edilmədiyi üçün tələbələr etiraz edirdilər. Onlar rəhbərliyin istefasını tələb edirdilər və buna nail oldular. Bunu deməkdə məqsədim odur ki, ötən ildə maliyyə böhranı oxuduğum təhsil müəssisəsinə çox pis təsir edib. Keçən il ərzində universitetə demək olar ki, yeni avadanlıq alınmayıb. Amma 2009-2010 tədris ilində Universitetdə demək olar ki, hbütün vəsaitlər yenilənib.  İndiki dövrdə isə artıq böhranın nəticələri aradan qaldırılır.

Banker.az – Hazırkı maliyyə böhranı şəraitində Siz aldığınız təhsili və ona qoyulan investisiyaları necə qiymətləndirirsiniz?

Elşad Kərimov – Ümumiyyətlə, təhsilə qoyulan investisiyalar heç vaxt səmərəsiz olmur. Mən Azərbaycan Gənclərinin 2007-2015 Xaricdə Təhsil programı üzrə oxuyuram və bu programın Azərbaycanın inkişafında mühim rol oynadığına inanıram. Nəzərə alsaq ki, hal-hazırki dövrdə Azərbaycanın təhsil sistemi  hələ tam inkişaf etməyib, buna səbəb olaraq gənclərin xaricdə təhsilini davam etməsi mühim rol oynayır. Hal-hazırda xaricdə təhsil alan gənclərimiz Vətənə qayıtdıqda əldə etdikləri yeni biliklər, ideyalar, fikirlər və zəngin təcrübələri sayəsində fəaliyyətdə olduqları müxtəlif sahələrdə Azərbaycanın inkişafına müsbət təsir edəcəklər. Bundan başqa xaricdə təhsil alan gənclərimiz tərəfindən xaricdə keçirilən konfranslar, tədbirlər, simpoziumlar Azərbaycanın beynəlxalq arenada tanınmasından mühim rol oynayır. Məhz buna görə də təhsilə qoyulan investisiyaları çox yüksək qiymətləndirirəm.

Banker.az – Xaricidə təhsil almaq istəyənlərə nələri məsləhət bilərdiniz?

Elşad Kərimov – Xaricdə təhsil almaq istəyənlərə məsləhətim o olardı ki, bir az real olsunlar. TOEFL/İELTS, GMAT/GRE kimi imtahanların nəticələrinə uyğun universitetləri seçsinlər. Çünki müşahidə etmişəm ki, çoxları universitetin tələblərinə fikir vermədən müraciətlər edirlər, bu isə mənfi nəticə, eləcə də vaxt və pul itkisi deməkdir. Son olaraq qeyd etmək istərdim ki, heç nə asanlıqla qazanılmır, ona görə qəbul müddətində çətinlik olanda ruhdan düşməsinlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər