13 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 manat olan AZ2011020602 dövlət qeydiyyat nömrəli, 1,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Banker.az bunu BFB-yə istnadla xəbər verir.
Hərrac zamanı 2 investor tərəfindən 1000 manat qiyməti ilə 2 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11 % , faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 13.06.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.