10 C
Baku
Thursday, December 12, 2024

Ən varlı amerikalıların 1%-nin sərvəti rekord 44.6 trln. dollara çatıb

Federal Ehtiyat Sisteminin (FED) araşdırmasına görə, amerikalıların ən zəngin 1%-nin sərvəti 2023-cü ilin sonunda birjanın yüksəlişi sayəsində rekord həddə –  44.6 trilyon dollara çatıb.

FED-ə görə, ABŞ-nin ən varlı vətəndaşlarının 1%-i sərvəti 11 milyon dolları keçənlərdir. Dördüncü rüb ərzində onlar 2 trilyon dollar zənginləşiblər və bu, sahib olduqları səhmlər hesabına baş verib. Şirkətlərin səhmlərinin və sahib olduqları investisiya fondlarının dəyəri üçüncü rübün sonunda 17.65 trilyon dollardan 19.7 trilyon dollara yüksəlib.

Tənzimləyici hesab edir ki, ən varlı amerikalıların 10%-i özəl səhmlərin 87%-nə, 1%-i isə 50%-nə sahibdir.

Son xəbərlər
Digər xəbərlər