9 C
Baku
Friday, December 13, 2024

“Enel”: Qaz qiymətlərindəki turbulentlik ən azı iki il davam edəcək

Qaz qiymətlərindəki turbulentlik ən azı daha iki il davam edəcək və bu, şübhəsiz ki, Avropa İttifaqının enerji siyasətinə təsir göstərəcək.

Bu barədə İtaliyanın aparıcı elektrik enerjisi şirkəti olan “Enel”in rəhbəri Françesko Staras bildirib.

“Biz qazın qiymətinin turbulentliyini və domino effektini Avropanın enerji siyasətinə və faiz dərəcəsi perspektivlərinə olan təsirıni gözardı edə bilmərik. Biz qaz bazarında ən azı iki il turbulentliklə üzləşəcəyik və yanaşmamız daha ehtiyatlı olmalıdır”, – Françesko Staras qeyd edib.

Onun sözlərinə görə, aşağı risklərlə və aşağı qiymətlərlə bol elektrik enerjisinin təklifinə nail olmaq lazımdır. Bu məqsədə çatmaq üçün mühüm vasitə kimi o, enerji sistemlərinin dekarbonizasiyasında görür.

Xatırladaq ki, İtaliya Azərbaycan qazının alıcılarından biridir. Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər